Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanın təhsil tarixinə aid suallar və cavablar – Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin (1879) yaradılması


– Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin (1879) yaradılması.

XIX əsrin sonlarında Azərbaycanda təcrübəli kimyaçılar da yetişirdi. Onlar Rusiyada və Qərb Universitetlərində təhsil aldıqdan sonra elmi tədqiqatlarla məşğul olurdular. Strarburq Universitetində təhsil almış azərbaycanlı kimyaçı, 1883-cü ildə Almaniyada kimya doktoru elmi dərəcəsi almış Möhsün bəy Xanlarov Bakıda üzvi kimya üzrə tədqiqatlara başlamış və böyük Rus kimyaçısı Dmitri Mendeleyevin tövsiyəsi ilə qabaqcıl rus və azərbaycanlı alimləri birləşdirən Rus Texniki Cəmiyyətinin Bakı şöbəsində işləmişdi. Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin (1879) yaradılması Azərbaycanda kimya və kimya sənayesinin inkişafına böyük təkan vermişdi. Bu cəmiyyətdə rus alimləri ilə yanaşı, Möhsüm bəy Xanlarovdan başqa aşağıdakı alimlər də var idi:

1. S.Qəmbərov

2. İ.Əmirov

3. A.Babayev

4. A.Nəzərov

5. M.Əlibəyov

6. F.Rüstəmbəyov

7. N.Mədətov

8. V.Məlikov

9. M.Əhmədov və b.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər