27/05/2018
1881-ci ildə açılmış Uluxanlı məktəbi İrəvan quberniyasında ilk yeni tipli məktəblərdən idi. İlk dəfə məktəbə 31 şagird qəbul olunmuşdu. Məktəbin fəaliyyət dairəsi get-gedə genişlənməyə başlayırdı. 1904-cü ilin “Kavkazskiy kalendar” məcmuəsindən bəlli olur ki, həmin il Uluxanlı məktəbində 63 şagird təhsil alırdı. Məktəbə Məmməd bəy Qazıyev rəhbərlik edirdi.
Qori seminariyasını yenicə bitirmiş, gələcəyin böyük ədəbi Cəlil Məmmədquluzadə də əmək fəaliyyətinə 1887-ci ildə məhz Uluxanlı məktəbində başlamışdır.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.