29/05/2018
26-29 noyabr tarixlərində Rusiyanın Xalqlar Dostluğu Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, REA V.A.Steklov adına Riyaziyyat İnstitutu, Moskva Fizika-Texniki İnstitutu, Moskva Texnologiya Universiteti və Riyaziyyat üzrə RF Təhsil və Elm Nazirliyinin elmi-metodik şuranın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.
Rusiya Xalqlar Dostluğu Universitetində baş tutacaq “Funksional fəzalar. Diferensial operatorlar. Riyazi təhsilin problemləri” adlı V Beynəlxalq konfrans REA-nın müxbir üzvü, Avropa elmlər akademiyasının həqiqi üzvünün Lev D. Kudryavtsevin 95 illiyinə həsr olunub.
AMEA Riyaziyyat və Mexanika institutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev konfransın proqram komitəsinin və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov isə təşkilat komitəsinin üzvləridirlər.
Onu da qeyd edək ki, professor Vaqif Quliyev tədbirdə plenar iclasda məruzə ilə çıxış edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.