30/05/2018
Görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun “Funksional analizin əsasları” kitabı 1949-cu ildə rus dilində Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çap olunmuşdur. Bu kitab Sovet İttifaqında funksional analiz sahəsində nəşr olunmuş ilk kitabdır.
Bu günlərdə kitab ikinci dəfə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə Moskva şəhərində URSS-“Fizika və Riyaziyyat irsi” nəşriyyatında çap olunub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Məmməd Bayramoğlu bu nəşrə ön söz yazıblar.
Professorlar Misir Mərdanov, Ramiz Aslanov və Araz Əliyevin həmmüəllifi olduqları “Zahid Xəlilovun riyaziyyat elminin inkişafında rolu” adlı məqalə də kitabda yer alıb. Məqalədə alimin həyatı, aldığı nəticələr, əsərlərinin siyahısı haqqında geniş məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.