01/06/2018
13-15 Sentyabr 2018-ci il tarixində Bakıda avtomatika sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan IFAC federasiyasının TECIS 2018 konfransı keçiriləcək. Konfransda dünyanın bir çox ölkələrindən elm adamlarının iştirak edəcəyi və təcrübələrini bölüşəcəyi konfrans Azərbaycan alimləri üçün dünya təcrübələrindən yararlanmaq, öz düşüncə, ideya və təcrübələrini dünya alimləri ilə paylaşmaq üçün mühüm bir fürsət olacaq.
Nəzərinizə çatdırmaq istərdik ki, azərbaycanlı elm adamlarının bu beynəlxalq nüfuza malik konfransda iştirakı ödənişsizdir. Konfrans üçün məqalələrin qəbul edilməsinin son tarixi 06.06.2018-ci ilədək uzadılmışdır.
Əlavədə elm müəssəsələri və elm adamlarına yayılması üçün konfransın rəsmi Məqalələr üçün Çağırışı (Call for Papers) və ilk versiya üçün hazırlanmış Azərbaycan dili tərcümə versiyasını, həmçinin azərbaycanlı alimlər üçün hazırlanmış məlumat xarakterli mətn faylı yerləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.