01/06/2018
Görkəmli alimlərə dəstək olaraq ilk dəfə 2015-ci ildə yaradılmış “TÜBA ACADEMY PRIZES-2018” elan edilmişdir.
TÜBA ACADEMY PRIZES hər il aşağıda qeyd edilən elm sahələri üzrə görkəmli alimlərə verilir:
1) Fundamental və texniki elmlər;
2) Səhiyyə və həyat haqqında elmlər;
3) İctimai və humanitar elmlər.
Hər bir kateqoriya üzrə 1 mükafat verilir və hər il mükafatlardan biri Türkiyənin elmi cəmiyyəti ilə əlaqəli alimlərə, yəni, Türkiyədə çalışan və/və ya tədqiqatlarını Türkiyənin öyrənilməsinə həsr etmiş alimlərə verilir.
TÜBA AKADEMİYASI MÜKAFATI, öz sahələrində orijinal, qabaqcıl və yeni işlərə sahib olan alimlərə verilir. Namizədlər TÜBA ilə əməkdaşlıq edən TÜBA üzvləri, akademiyalar və təşkilatlar tərəfindən, eləcə də digər akademik qurum və namizəd kimi dəvət olunmuş alimlər tərəfindən irəli sürülür.
Namizədlər mükafat komitəsi tərəfindən hər bir kateqoriya üzrə qiymətləndirilir. TUBA üzvləri və tanınmış alimlərdən ibarət olan komitələr, namizədlərin işini ciddi araşdırır və mükafatçıları müəyyən edir. Namizədlər TUBA Akademiyasının Şurası tərəfindən elan edilir. Mükafat Akademiyanın medalı və təqribən 30 min Amerika dolları miqdarında pul mükafatı da daxil olmaqla xüsusi mərasimdə təqdim olunacaq. Daha ətraflı məlumat üçün aşağıdakı linkdən məlumat almaq olar:
http://www.tuba.gov.tr/content/tuba-academy-prizes/id/1468/pid/155/mid/243mid/243/
2018-ci il üçün TÜBA mükafatına sənədlərin təqdimatı 2018-ci il 5 iyun tarixinə qədər açıqdır və qaliblər oktyabrın sonuna qədər elan ediləcək.
Mükafatlandırma mərasimi Türkiyə Respublikası Prezidentinin himayəsi altında keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.