Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun ilk magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirilib.

Dissertasiyaların müdafiəsi BDU-nun mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərovun sədrliyi ilə baş tutub.

Qeyd edək ki, magistrlər elmi-tədqiqat işlərini AMEA-nın müxbir üzvləri, professorlar Misir Mərdanov, Bilal Bilalov, Vaqif Quliyev və professor Əkbər Əliyevin elmi rəhbərliyi ilə aparıblar.

“Riyazi analiz” ixtisası üzrə Səbinə Cəfərova, Gülqayıt Dadaşova, “Diferensial tənliklər” ixtisası üzrə Yetər Fərhadova, “Optimal proseslərin riyazi nəzəriyyəsi” ixtisası üzrə Nərmin Şirinova dissertasiya işlərini müdafiə ediblər.

Müdafiə uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər