Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın həqiqi üzvü, professor Asəf Hacıyev Riyaziyyat və Mexanika İnstitutunda olub


Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) Azərbaycan nüməyəndə heyyətinin rəhbəri, AMEA-nın həqiqi üzvü, professor Asəf Hacıyev Riyaziyyat və Mexanika İnstitutunda olub. O, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və professor Telman Məlikovla görüşüb.

Görüş zamanı alimlər professor Misir Mərdanovun uzun illər üzərində işlədiyi və çapa hazırlanan Azərbaycan riyaziyyatçıları kitabı ilə bağlı geniş müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər