13/06/2018
İnstituta ayrılmış 4 yerə 33 nəfərin müraciəti qeydə alınıb.
12 iyun 2018-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq istəyi olan bakalavrların seçilməsi məqsədilə institutun magistratura pilləsinə qəbul üçün müsabiqə keçirilib.
İnstituta ayrılmış 4 yerə 33 nəfərin müraciəti qeydə alınıb. Onlardan 32 nəfəri müsabiqədə iştirak edib. Müsahibə iştirakçıları komissiyanın sədri şöbə müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Ədalət Axundov, üzvləri – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Qeylani Pənahov, fizika-riyaziyyat elmlər doktoru, professor Həmidulla Aslanov, fizika-riyaziyyat elmlər doktoru, professor Əkbər Əliyev, AMEA-nın professoru Rövşən Bəndəliyev suallarını cavablandırıblar.
Müsahibə mərhələsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nümayəndəsi dosent Əlişirin Şükürlü iştirak etmişdir.
Qeyd edək ki, institutun magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Magistrlər təhsil aldıqları müddətdə elmi tədqiqatla məşğul olmaq və tədqiqatın nəticələrini nüfuzlu jurnallarda dərc etdirmək, beynəlxalq və respublika səviyyəli konfranslarda, qrant layihələrində iştirak etmək, eləcə də xaricdə təcrübə qazanmaq imkanı əldə edirlər. 2018-2019-ci tədris ili üçün AMEA-nın magistraturalarına qəbul olunanların adları yaxın günlərdə açıqlanacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.