27/06/2018
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə institutun əyani doktoranturasına 2017-ci ildə qəbul olunan fəlsəfə doktoru hazırlığı üzrə doktorantların fərdi iş planları təsdiq olunub.
Sonra “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi f-r.e.n. İbrahim Məhərova 1202.01-“Analiz və funksional analiz” ixtisası üzrə, “Riyazi fizika tənlikləri” şöbəsinin böyük elmi işçiləri f-r.e.n. Elçin Məmmədova və r.ü.f.d. Aynur Həsənovaya 1211.01 – “Diferensial tənliklər” ixtisası üzrə, “Riyazi analiz” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Lalə Əliyevaya 1202.01 – “Analiz və funksional analiz” ixtisası üzrə dosent elmi adın verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.
İclasda, həmçinin institutun şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında yarımillik hesabatları dinlənilib.
Sonda magistraturanı bitirən dörd magistr haqqında şura üzvlərinə məlumat verilib və gündəlikdə duran cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.