02/07/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Növrəstə Bayramovanın “Hilbert fəzasinda bəzi operator-diferensial tənliklərin qrin funksiyasinin, məxsusi ədədlərinin asimptotik paylanmasının və çəkili izinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 14 işdə öz əksini tapıb.
Sonra dissertasiya şurasının iclasında Fuad Əliyevin “Potensial tipli inteqral operatorların lokal ossilyasiya terminlərində tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 9 işdə öz əksini tapıb.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.
Daha sonra iclasda Gülşən Axundova, Elçin Məmmədovun dissertasiya işlərinə kuratorların və Nigar Nağıyeva, Aynur Səfərova və Əlizadə Seyfullayevin dissertasiya işinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.