02/07/2018
28-30 iyun 2018-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU), Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpozium keçirilib.
Beynəlxalq Simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alim-mütəxəssisləri, AMEA-nın məsul şəxsləri, Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər Birliyi, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Simpoziumda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycanda riyaziyyat təhsilinin inkişaf tarixi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə alim Türk dünyasına göstərdiyi xidmətlərinə görə “TURKCESS 2018” idarə heyəti tərəfindən “Türk Dünyası Mükafatı” ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.