Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (XIV hissə)


Nəsirəddin Tusi elmi irsinin öyrənilməsinin aktuallığı barəsində. 1323-cü ildə katolik kilsəsi tərəfindən müqəddəsləşdirilmiş, NəsirəddinTusinin müasiri olmuş Foma Akvinskinin sxolastik sistemi 1879-cu ildə katolik kilsəsinin yeganə həqiqi fəlsəfəsi elan edilmişdir. Akvin­ski Aris­totel təlimi əsasında, xristian dinini əsaslandır­maq istəmişdir. Akvin­ski fəlsəfəsinin əsa­sında üç “universalı” durur:  fərdlərə kimi (ilahi elmdə), şey özündə, şeylərdən sonra (insan şüurunda dərk edilmə). Əsas prinsiplər isə aşağıdakıdır: iman və ağlın harmoniyası; əqlin ilahinin varlığını rasional şəkildə sübut, dini həqiqətlərə etirazları isə rədd edə bilməsi. Sonralar Volf Xristian (1679-1754) Akvin­skinin fikir­lərini inkişaf etdirmişdir. Onun fikrincə, kainatdakı universal bağ­lı­lıq və har­mo­niya Allah tərəfindən onlar üçün təyin edilmiş məq­səd­dən irəli gəlir. O, formal- məntiqi əksilik qanununun köməyilə bütün fəlsəfi həqiqətləri əldə etmək istə­miş, rasional deduktiv metoddan faydalanmışdır. Diqqət edin, şərq fəlsəfəsində həmişə varlığın Allahın elmin­­də, zərr aləmində, cisimdə – material aləmdə, mahiyyətdə, anlayışlarda və s. kimi vücudetmə mərhələlərinə xüsusi baxıl­mış, kainatın harmoniyası və kamilliyindən söz açılmışdır. İbn əl-Ərəbi özünün “Kitab əl-dəvair əl-ihatiyyə əla müzahat əl-insan lil-xaliq vəl-məxluq” kitabında bir neçə yerdə İmam Qəzalinin aşağıdakı fikrinə diqqət çəkir: “Daha kamil olan aləmin varlığı qeyri-mümkündür” ([19], səh. 67). Digər tərəfdən, Allahı tanımaq, yəni mərifət mərhə­lə­sində aləmdəki har­moniyanın ilahi varlığın sübutu üçün aşkar dəlil olduğu vurğulanmışdır;

– bəzən, şərq mütəfəkkirlərinin fikirlərini gah Platon, gah Aris­to­tel, gah da başqalarının düşüncələrinin transformasiyası, bəzən də bunların siyasi sifariş, ambisiya olduğu iddia edilir. Sözsüz ki, islam fəlsəfi və elmi düşüncəsinə kənar təsirlər olmuş­dur. Filo­soflar heç də özlərini bu fikirlərdən təcrid etmə­mişlər. Nə etmək olar ki, istənilən yeni ideya haradasa böyük düha sahibləri olan Platon, yaxud Aristotellə əlaqələndirilə bilər. Şərq filosof­ları qədim yu­nan mütəfəkkirlərinə ali və doğma müna­si­bət bəs­ləmiş, Aristo­teli “birinci müəllim” adlandırmışlar. Bu­nun­la belə, islam fəlsə­fəsində baxılan məsələlərin çoxu tam an­la­mı ilə islam­daxili qaynaqlara malikdir. Məzhəblərin yaran­ma­sı müəyyən ictimai-siyasi vəziyyətdən qaynaqlansa da, növ­bə­ti mər­hələdə bu prosesə universal zəka sahibləri müdaxilə etmiş, islamın öz daxili tələbatlarından doğan çoxlu məsələləri qabartmış və çözməyə çalışmışlar. Beləliklə, elmi fənlər “siyasi sifa­riş­dən” çox sağlam insan düşüncəsinin, zəkasının məhsulu ol­muş­dur. Buna görə də, bütün bunları siyasiləşdirmək olmaz. Fikrimizcə, bu aspekt nəzərə alınmazsa, hazırlıqsız, yaxud təəs­süb­keş oxucuda yanlış təəssürat yarana bilər, “siyasilik” səbə­bin­dən böyük düha sahiblərinin qiymətli fikirlərinin aprior in­ka­rına və spe­kul­yativ yozumlara yol aça bilər. Digər tərəfdən, islam tari­xində şəxsiyyətlərin rolu danılmazdır və bu tarix heç də Pey­ğəm­bərin (s.s) risalət dövrü ilə bitmir. Onların fikir­lə­ri­nin öyrənilməsi mütəmadi qızışan spekulyativ yozumların qar­şı­sını almaq üçün böyük əhəmiyyətə malikdir. Məsələn, çox əvvəl­lər aydınlıq gətirilməsinə baxma­yaraq, hazırda da başqa cür düşü­nən insanlar kafir elan edilir, onların qətlinə yol açan aman­sız fətvalar verilir;

– ən nəhayət, Heydər Əliyev cənablarının 13 iyun 2000-ci il “Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”ndan irəli gələn müvafiq tələblər. Xüsusi halda, Fərmanda aşağıdakı söylənir: “Nəsirəddin  Tusi özündən sonra olduqca böyük elmi irs qoyub getmişdir. Onun əsərləri dünya xalqlarının bir çox dillərinə tər­cü­mə edilərək çap olunmuş, neçə-neçə alimlər nəslinin yetişmə­sin­də müstəsna rol oynamışdır. Təəssüflə qeyd edilmə­lidir ki, Nəsirəddin Tusinin çoxsahəli yaradıcılığı ölkəmizdə hələ lazımi səviyyədə təd­qiq olunma­mışdır. Mütəfəkkir alimin irsinin dərindən öy­rə­nil­mə­si Azərbaycan elmi qarşısında duran vacib məsələlərdəndir”.

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

[13] Əllamə Hilli. “Kəşf əl-murad fi şərh “Təcrid əl-etiqad”” (العلامة الحلّى. كشف المراد في شرح تجريد الاعتقاد). Qum – 2006, 480 s.

[14] Mürtəza Mütəhhəri. İslam elmləri ilə tanışlıq (farscadan tərcümə). Bakı, Mirasnəşr, 2011, 400s.

[15] Туси Н. Трактат, исцеляющий сомнение по поводу параллельных линий (Пере­вод с арабского Б. А. Розенфельда), ИМИ-1960, вып. VIII, с. 483-532.

[16] N.Tusi. Təhrir üsul Uqlidis fi ilm əl-həndəsə. (Tehran nüsxəsi 1881, 210 s.).

[17] Tusi N. Tozlu lövhənin köməyi ilə hesab toplusu (ərəb dilindən tərcümə Əmi­r­əh­mədov Ə.Ə., Məmmədov E.M.) Bakı-2008, 168 s.

[18] Гегель. Энциклопедия философских наук. Том 1. Наука логики. Москва, Мысль – 1974 г., 454 с.

[19] Ибн ал-Араби. Мекканские откровения (ал-Футухат ал-маккийя). Введение, перевод с арабского и библиография А.Д. Кныш. Санкт Петербург, 288 с.

 Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər