16/07/2018
Hesabat dövrü ərzində “Qeyri-harmonik analiz ” şöbəsində “Freym nəzəriyyəsi və onun tətbiqləri” və “Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələri” mövzuları üzrə elmi tədqiqat işləri aparılmış və 11 iş yerinə yetirilmişdir.
Şöbənin 17 əməkdaşı var. Onlardan “1” nəfər elmlər doktoru, “11” nəfər ( 3-ü yarım ştat) fəlsəfə doktoru, “2” nəfər elmi işçi, “3” nəfər isə laborantdır.
Şöbənin həftənin 3-cü günləri ( 12:00 ), 2-ci və 4-cü günləri (11:00) müntəzəm elmi seminarları keçirilir. Şöbə əməkdaşlarının əksəriyyəti ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuldurlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.