Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin yarımillik fəaliyyəti


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsində 2018-ci ilin elmi-tədqiqat planına uyğun olaraq bir mövzu- “Deformasiyası dönməz cismlərin dəyişən yüklənməsi” mövzusu üzrə elmi tədqiqat işləri aparılmışdır. Planda yeddi elmi işin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

İş: “Özlüelastikiyyət nəzəriyyəsinin Kelvin sərhəd məsələsinin həlli”
İcraçı: f-r.e.d., prof. L.X.Talıblı

Sonsuz böyük elastiki izotrop cismin daxilində təsir edən topa qüvvənin yaratdığı gərginlik deformasiya vəziyyətinin təyini məsələsinə ədəbiyyatda, bu məsələnin riyazi qoyuluşunu verən və həlli ilə məşğul olan Kelvinin adı ilə Kelvin məsələsi adlanır. Elastiklik nəzəriyyəsi kitablarında bu məsələ müxtəlif üsullarla həll edilmişdir. Lakin baxılan sonsuz böyük cismin materialı özlü elastik olacağı halda Kelvin məsələsinin həlli açıq qalmışdır. Cari plan işində ilk dəfə olaraq materialı özlüelastik xassəli cism Kelvin məsələsinin riyazi qoyuluşu verilir və dəqiq həlli tapılır.

İş: “Dairəvi deşiyi olan sonsuz lövhənin daxili təzyiq altında həndəsi qeyri-xətti deformasiyası”
İcraçı: f-r.e.n., dos., a.e.i. R.Ə.Kazımova
Həndəsi qeyri xətti deformasiyalanan sonsuz lövhə dairəvi deşiyə malikdir. Lövhənin deşiyində müntəzəm yayılmış təzyiq təsir edir. Lövhədə yaranan gərginlik deformasiya vəziyyəti öyrənilir. Hesab edilir ki, lövhənin qeyri-xətti deformasiyası loqarifmik şəkildədir. Məsələnin riyazi qoyuluşu verilmiş, həll metodu təklif edilmişdir. Məsələ həll edilmişdir. Hazırda maraq kəsb edən xüsusi hallar araşdırılır.

İş: “Daxili sərhədi dəyişən özlüelastik həlqənin daxili təzyiq altında deformasiyası”
İcraçı: f-r.e.n., dos. a.e.i. M.Ə.Məmmədova
Özlüelastiki xassəli materialdan hazırlanmış həlqənin daxili təzyiq altında deformasiyası məsələsi həll olunur. Həlqə daxildən təzyiqə məruz qalmışdır və eyni zamanda həlqənin daxili radiusu zaman keçdikcə böyüyür. Bu hadisə, məsələn, daxili təzyiqin yanması nəticəsində baş verə bilir. Özlüelastikliyin həll tənliklərində istifadə edilməklə, məsələnin riyazi qoyuluşu verilir. Həlqənin oblastının daxili sərhədi dəyişən olduğundan bu məsələnin həllinə inteqral çevirmələrinin tədbiqi mümkin deyil. Buna görə də yeni həll üsulu seçilmişdir. Məsələ həll edilmişdir. Maraq kəsb edən xüsusi hallar araşdırılır.

Daha ətraflı >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər