Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Pənah Qasımov (1881-1939) kim olub?


1881-ci ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra, 1901-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə daxil olmuş, 1905-ci ildə seminariyanı bitirib, təhsilini Tiflis Müəllimlər İnstitutunda davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Lənkəran şəhər məktəbində fəaliyyətə başlamışdır. Lənkərandakı iki illik fəaliyyətindən sonra o, Bakıya qayıtmış və 6-cı rus-Azərbaycan məktəbində tarix müəllimi işləmişdir.

1925-ci ildən sonra Pənah Qasımov Xalq Maarifi Komissarının müavini, Ali Pedaqoji İnstitutun və Maarif Kadrlarının Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər