Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan müəllimlərinin IV(I) qurultayı


1925-ci ilin mayın 25-dən iyunun 1-ə qədər Bakıda Azərbaycan müəllimlərinin IV(I) qurultayı keçirilib. Bu ali məclis sovet hakimiyyəti dövründə keçirilən birinci qurultay olduğu üçün mənbələrdə ümumazərbaycan müəllimlərinin I qurultayı kimi qeyd olunur.

Qurultayda 250 nümayəndə iştirak edirdi. Onların 130 nəfəri qəzalardan gələn müəllimlər idi.

Qurultayı Maarif işçiləri Həmkarlar İttifaqının sədri Pənah Qasımov açıb.

Gündəlikdə aşağıdakı məsələlər olub:

1. Şuralar ittifaqının beynəlxalq vəziyyəti;

2. Şura quruluşunda maarif məsələləri;

3. Müəllimin ictimai rolu;

4. Müəllimlər və Lenin Kommunist Gənclər İttifaqı;

5. Müəllimlər və həmkarlar hərəkatı.

Qurultayda xalq maarif komissarı Mustafa Quliyev dörd saatlıq (iki saat Azərbaycan, iki saat rus dilində) hesabat məruzəsi ilə çıxış edib.

Qətnamədə yeni sovet məktəbinin gələcək inkişaf yolları müəyyənləşdirilib.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər