12/09/2018
03-08 sentyabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 100-illik yubileyinə həsr olunmuş Gürcüstan Riyaziyyat Cəmiyyətinin IX Beynəlxalq konfransı keçirilib.
Tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru, r.e.d. Rövşən Bəndəliyev və “Maye və qaz mexanikası” şöbəsinin kiçik elmi işçisi Pərviz Müseyibli iştirak ediblər.
Beynəlxalq konfransda Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri” və Pərviz Müseyibli “Qaz qabarcıqlı mayelərdə yaranan qeyri-xətti dalğaların yayılmasına elektrokinetik proseslərin təsiri” mövzusunda məruzə ilə çıxış ediblər.
Alimlər səfər çərçivəsində bir sıra elmi müəssisələrin tanınmış alimləri – prof. R. Duduchava (Gürcüstan), prof. V. Kokilashvili (Gürcüstan), prof. A. Shkalikov (Rusiya), prof. A. Soldatov (Rusiya), prof. M. Belishev (Rusiya), prof. A. Çelebi (Türkiyə), prof. R. Webb (Almaniya) və başqaları ilə görüşüb, elmi diskussiyalar aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.