Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş 102 tələbə Prezident təqaüdünə layiq görülüb


Prezident İlham Əliyev sentyabrın 12-də 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mənbə: www.azertag.az

Faydalı linklər