Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Aynur Nizami qızı Məmmədovanın “Ümumiləşmiş Sass operatorlar ardıcıllığının approksimativ xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 17 işdə öz əksini tapıb.

Sonra dissertasiya şurasının iclasında Tubu Yusif qızı Nəzərovanın “Topoloji fəzalarda statistik tip yığılmalar” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 10 işdə öz əksini tapıb.

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər