19/09/2018
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının müzakirəsi məsələsinə baxılıb.
Sonra “Riyazi analiz”, “Diferensial tənliklər”, “Optimallaşdırma və optimal idarəetmə” və “Riyazi fizika tənlikləri” ixtisasları üzrə təhsil alan II kurs III semestr magistrlərinin attestasiyası üçün komissiya yaradılıb.
İclasda həmçinin institutun magistraturasında plan üzrə tədris olunan dərslərin “Fənn Proqramları” və 2018-ci ildə magistraturaya qəbul olan magistrlərin fərdi iş planları təsdiq olunub.
Sonda gündəlikdə duran cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.