20/09/2018
Sentyabrın 19-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşəbbüsü ilə Azərbaycanın Dövlət Mükafatı laureatı, Xalq artisti Şeyx Əbdül Mahmudov və nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilib.
Tədbirdə əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül gənclərin maariflənməsinə nail olmaq, tarixi həqiqətləri dünyaya çatdırmağın vacibliyindən danışıb.
Sonra Baba Vəziroğlu məşhur şeirlərini alimlər üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.
Görüşün sonunda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qonaqlara səmimi söhbətləri üçün təşəkkürünü bildirib, belə görüşlərin insan ruhu üçün mənəvi qida olduğunu və vacibliyini xüsusi vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.