Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Nurməhəmməd bəy Şahsuvarov (1883-1958) kim olub?


O, Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. Qori seminariyasını (1903), Tiflis müəllimlər İnstitutunu (1912), Kiyev Universitetinin hüquq fakültəsini (1915) bitirmişdir. Pedaqoji fəaliyyətə 1903-cü ildə Yelizavetpolda rus-tatar (Azərbaycan) məktəbində başlamış, Dağıstanda xalq məktəbləri inspektoru (1915-1919) vəzifəsində işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif nazirinin müavini, 1920-ci ilin aprelində qısa müddətdə (cəmi 20 gün) Maarif naziri vəzifəsində çalışmışdır. İnqlabdan sonra Xalq Maarif Komissarlığında, Azərbaycan Sənaye İnstitutunda, ADU-da işləmiş (1920-1937), Krasnoyarsk Pedaqoji İnstitutunda (1938-1943) rus dili və ədəbiyyatından, Kirovabad (Gəncə) Pedaqoji İnstitutunda (1944-1946) rus dilindən dərs demiş, Azərbaycan Dövlət Tibb İnstitutunda (1946-1958) kafedra müdiri vəzifəsində işləmişdir.

1940-1943-cü illərdə saxta ittihamlarla həbs edilərək sürgün olmuş, bəraət aldıqdan sonra Bakıda Tibb Universitetində çalışmışdır.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər