Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Əbdülsəlam Axundzadə (1843-1907) kimdir?


Əbdülsəlam Axundzadə 1843-cü ildə Səlyan şəhərində ruhani ailəsində anadan olmuşdu. O, ərəb, fars və türk dillərini atasından öyrənmişdi. 1861-ci ildə, on səkkiz yaşına çatdıqda Əbdülsəlam Tiflisə gedərək Qafqaz Ruhani İdarəsinin nəzdindəki mədrəsəyə nəğmə müəllimi təyin olunmuşdur. Getdikcə nüfuzu artan Əbdülsəlamı Qori seminariyasına Azərbaycan dili və şəriət müəllimi işləməyə dəvət etmişlər. O, 1879-cü ildən 1883-cü ilə kimi Qori seminariyasında dərs demişdir.

1884-cü ildə Əbdülsəlam Axundzadəyə şeyxülislam rütbəsi verilmiş və həmin ildən etibarən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəisi təyin olunmuşdur. O, bu vəzifədə ömrünün sonuna kimi qüsursuz çalışmışdır.

Əbdülsəlam Axundzadə elmin müxtəlif sahələrinə aid Azərbaycan və fars dillərində 20-yə qədər əsərin müəllifidir. Onun əsərləri içərisində dinə, dilçiliyə, tarixə, ədəbiyyata, maarifə dair kitablar vardır.

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev o vaxtın pulu ilə 500 manat vəsait ayırıb Əbdülsəlam Axundzadənin “Müqəddəs peyğəmbərlərin tarixi” kitabını nəşr etdirmişdi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər