Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Əhməd ağa Mustafayev (1864-1932) kimdir?


1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. O, 1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, 50 ildən artıq xalq məktəblərindən fəaliyyət göstərmişdir. Təkcə Salahlı kəndindən Qori seminariyasında oxumaq üçün 30-dan artıq məzun hazırlamışdır.

Əhməd ağa yalnız dərsi deməklə kifayətlənmirdi, o həm də uzaq kəndlərdən onun məktəbində oxuyan uşaqları evində saxlayır və yedizdirirdi. Onun şagirdlərinə mənəvi təsiri olduqca böyük olub.

1920-ci ildə Qazax seminariyasına müdir təyin olunan Əhməd ağa Mustafayev burada əzmlə işləmişdir.

Müasirləri Əhməd ağanı humanist insan, mehriban, namuslu, mərd ata, dərin bilikli, insanpərvər, xalqını sevən, öz peşəsinə hörmət bəsləyən müəllim kimi səciyələndirmişlər.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər