Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müseyib Şahbazov (1898-1938) kim olub?


Şahbazov Müseyib Əli oğlu Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olmuşdur. 13-cü Qırmızı Ordunun siyasi şöbəsində təbliğatçı (1918-1921), Həştərxanda “Hümmət” təşkilatının katibi, Dərbənd inqlab komitəsinin sədri, RK(b)P Cənubi Dağıstan və Qaytaq – Tabasaran dairə komitələrinin katibi, Azərbaycan fövqəladə komissiyasında idarə rəisi, Gəncə qəza İcrayə Komitəsinin sədri, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini, Azərbaycan K(b)P MK-da şöbə müdiri, Gəncə qəza komitəsinin məsul katibi, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan SSR xalq maarif komissarı (1921-1937) vəzifələrində çalışmışdır.

Azərbaycan K(b)P MK Azərbaycan SSR, ZSFSR MİK-lərinin üzvü olmuşdur. Repressiyaya məruz qalmışdır.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər