Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Aynur Nizaməddin qızı Səfərovanın “Parabolik tənliklər üçün lokal olmayan sərhəd şərtli tərs məsələlər” mövzusunda 1211.01–Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 9 işdə öz əksini tapıb.

Sonra dissertasiya şurasının iclasında Nigar Miryaşar qızı Nağıyevanın “Müxtəlif çubuq və lövhələrdə yorğunluq dağılmasının tədqiqi” mövzusunda 2002.01-Deformasiya olunan bərk cisim mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 9 işdə öz əksini tapıb.

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Daha sonra iclasda Vüqar Rəcəbov, Samin  Məlik, Mehriban Kərimova və Elçin Məmmədovun dissertasiya işlərinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər