30/10/2018
Bu gün Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov Kimya Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb.
Görüşdə M. Mərdanov bölmənin müəssisələrində dərc edilən jurnalların anket sorğusunun nəticələrini açıqlayıb.
Alim bölmənin müəssisələrində işıq üzü görən “Kimya problemləri” və “Neft kimyası və neft emalı prosesləri” jurnallarının “Web of Science” elmi bazasına daxil edilməsinin sevindirici hal olmasını qeyd edib. Azərbaycan “Kimya jurnalı”nın da bu bazaya daxil olması üçün tövsiyələrini verib. Jurnalların beynəlxalq standartlara uyğun tərtib olunması üçün tərtib etdiyi qaydalarla məsul katibləri tanış edib.
Sonda Misir Mərdanov ümumilikdə Kimya Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi nəşrlərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.