Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Ramiz Aslanov beynəlxalq konfransda iştirak edib


14-28 oktyabr 2018-ci il tarixlərində Rusiyanın Moskva şəhərində Moskva Şəhər Pedaqoji Universiteti (МГПУ) və Rusiya Xalqlar Dostluğu Universiteti (РУДН) birgə “Davamlı təhsilin informatizasiyası – 2018 ” (ICE2018) adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-texniki İnformasiya” şöbəsinin müdiri, professor Ramiz Aslanov iştirak edib.

Tədbirdə professor Ramiz Aslanov “Elektron təhsilin tətbiqi ilə riyazi analiz kursunun tədrisi metodikası modelinin qurulması” mövzusunda məruzə ilə çıxış edib.

Sonra R. Aslanov 17-22 oktyabr 2018-ci il tarixlərində Kazan şəhərində Kazan Federal Universitetində keçirilən “Ali və orta məktəblərdə riyaziyyat təhsili, informasiya sahəsində innovasiyalar” VIII Beynəlxalq elmi-praktiki konfransında iştirak edib.

Beynəlxalq tədbirdə professor Ramiz Aslanov “Magistratura və magistr dissertasiyaları” ( həmmüəllif AMEA –nın müxbir üzvü, professor Misir Mərdanov) mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, alim hər iki konfransın proqram komitəsinin üzvü olub.

Daha sonra 22- 28 oktyabr 2018-ci il tarixlərində Naberejnıye Çelnı şəhərində (Respublika Tatarstan) Naberejnıye Çelnı Dövlət Pedaqoji Universitetində (NÇDPU) keçirilən “XXI əsrdə Rusiya riyazi təhsili” universitet və pedaqoji ali məktəblərin riyaziyyat və informatika müəllimlərinin XXXVII-ci beynəlxalq elmi seminarın plenar iclasında “Riyaziyyatçı, yazıçı, bəstəkar – Feliks Hausdorf” (anadan olmasının 150 illiyinə) adlı məruzə ilə çıxış edib.

Səfər çərçivəsində professor Ramiz Aslanov NÇDPU – nun təklifinə əsasən Universitetin fizika – riyaziyyat və informatika fəkültəsinin tələbələrinə 23, 24, 25 oktyabr tarixlərində “VII – XV əsrlərdə Şərq ulduzları”, “Magistratura haqqında” və “Diferensial tənliklər” adlı mühazirələr oxuyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər