05/11/2018
Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşəbbüsü ilə akt zalında şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, Azərbaycanın xalq şairi, “Şərəf” ordenli, Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) akademiki Nəriman Əliməmməd oğlu Həsənzadə ilə görüş keçirilib. Görüşdə Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Surxay oğlu Qurbanov da iştirak edib.
Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Nəriman Həsənzadənin “Bu dünya bir nərdivandır” şeri ilə qonaqları salamlayıb. Nəriman Həsənzadə öz həyat və yaradıcılığı haqqında institutun əməkdaşlarına danışıb və “Nuri Paşa”, “Zümrüd Quşu” poemasından, “Nabat xalanın çörəyi” povestindən bir parça söyləyib.
Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar İttifaqının sədri, dos. İradə Mirzəzadə Nəriman Həsənzadəyə Həmkarlar İttifaqının adından gül və hədiyyə təqdim edib. Professor Misir Mərdanov və Nəriman Həsənzadə belə tədbir keçirtdiyi üçün İradə Mirzəzadəyə təşəkkürlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.