14/11/2018
Azərbaycan ziyalıları Rusiya təhsil qanunvericiliyinin imkanlarından bəhrələnərək öz fəaliyyətlərini genişləndirdilər. 1-noyabr 1907-ci ildə təsdiq olunmuş “Başqa millətlər üçün ibtidai məktəblər haqqında qaydalar”ın 13-cü maddəsində yaşlı əhalinin təhsil məsələləri öz əksini tapmışdır. Burada müsəlmanlara yaşlılar və uşaqlar üçün rus dili məktəblərinin açılmasına icazə verilirdi. Yaşlı əhali arasında maarifi yaymağı özünün əsas vəzifələrindən biri hesab edən “Nicat” cəmiyyəti 1906-cı ildə ilk cümə məktəbini açdı. IV rus-Azərbaycan məktəbinin nəzdində açılan cümə məktəbi 1914-cü tədris ilinə qədər fəaliyyət göstərdi. Bu məktəbdə tədris bazar günü məktəblərindəki qaydalara uyğun aparılırdı.
XX əsrin əvvəllərində axşam kursları da ildən ilə artmağa başladı. 1900-cü ildə Bakı quberniyasında olan 81 ibtidai məktəbdən 19-da yaşlılar üçün axşam kursları təşkil edilmişdir. 1907-ci ildə I rus-Azərbaycan məktəbinin nəzdində axşam kurslarının açılmasına icazə verildi.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.