23/11/2018
O, Lənkəranda yeni üsullu məktəb açmış və burada ana dilindən dərs demişdi. Mirzə İsmayıl Qasirin məktəbində ana dili ilə yanaşı, rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiyyat və s. elmlərdən ibtidai məlumat verilirdi. Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə 1850-ci ildə Lənkəranda “Fövcül-füsəha” (gözəl danışanlar) ədəbi məclisi təşkil edilmişdi. Bu məclis 1900-cü ilədək fəaliyyət göstərmişdir.
Mirzə İsmayıl Qasirin mühüm xidmətlərindən biri də öz müasirləri kimi tədris vəsaiti tərtib etməsidir. O, 1894-cü ildə “Qanuni-Mirzə İsmayıl Qasir” adlı dərs vəsaiti tərtib etmişdir. Qasir ömrünün son 18 ilini (1883-1900) Lənkəran ikisinifli ibtidai məktəbində ana dili və şəriət müəllimi işləmişdir. O dövrdə Lənkəran ziyalılarının böyük bir qrupu ilk təhsilini Qasirin dərs dediyi məktəblərdə almışdır.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.