03/12/2018
– Azərbaycan müəllimlərinin I qurultayı nə vaxt olub?
Qurultay 1906-cı ilin avqust ayının 15-dən 28-nə qədər keçirilib (Bakıda).
Qurultay dövlət və canişinlik qarşısında aşağıdakı məsələləri qaldırdı:
– Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini müsəlman mərkəzlərindən birinə köçürmək;
– həmin şöbəni müəllimlər seminariyasına çevirmək;
– həmin seminariyada Azərbaycan dilini əsas fənn kimi tədris etmək;
– müsəlman müəllimlərinin hüququnu başqa müəllimlərin hüququ ilə bərabər tutmaq;
– hər şəhərdə qız rus-Azərbaycan məktəbi açmaq;
– müsəlman müəllimləri üçün pedaqoji kurslar təşkil etmək.
Qurultayda qaldırılan bu məsələlərin heç birini həyata keçirmək mümkün olmadı. Lakin qurultay təsirsiz də qalmadı, müəllimlərə çox şeyi öyrətdi.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.