06/12/2018
07.12.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Dağ süxuru əhatəsində olan içiboş silindrdə daxili təzyiq təsirinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə xaricindən dağ süxuru ilə əhatə olunmuş uzun içiboş silindrdə daxili təzyiqin təsiri tədqiq ediləcək. Silindrin materialı xətti elastiki mühit və irsi elastiki xassəli mühit kimi qəbul edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.