
17/12/2018
“Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda plenar və seksiya məruzələri ilə davam etdirib. Konfrans zamanı Rusiya, Türkiyə, Çin, İsveç kimi ölkələrdən olan alimlər iki istiqamət – Tətbiqi riyaziyyat və tətbiqi mexanika üzrə məruzə ediblər.
Tətbiqi Riyaziyyat istiqaməti üzrə Başqırdıstan Dövlət Universitetinin professorları Azamat Axtyamov “Identification of Pipe Fastening Using the Minimum Number of Natural Frequencies” və Svetlana Mustafina “Mathematical Modeling of the Polymerization of Butadiene”, Yildiz Texniki Universitetinin professoru Nizamettin Aydin “An Engineering Perspective on Complex Analysis and Transform Domain Processing of Quadrature Signals”, Gavle Universitetinin professoru Yury Shestopalov “Applications of the Spectral Theory of Linear and Non-linear Differential and Integral Equations to the Analysis of Wave Propagation in Open Waveguides and Layered Media” mövzuları üzrə plenar məruzələri dinlənilib.
Tədbirdə, həmçinin Tətbiqi Mexanika istiqaməti üzrə “Gazprom Neft” Elmi-Texniki Mərkəzin baş direktoru, professor Mars Xasanov “Scientific Petroleum Engineering – Development of Ideas of Academician Azad Mirzajanzade” və GCC Group Inc.-in Prezidenti Dr. Renqi Jiang “Band Recovery Technology for İncreasing Seismic Resolution” mövzularında plenar məruzə ilə çıxış ediblər. Konfrans seksiya iclasları ilə işini davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.