Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnstitutun şöbə müdiri elmin təbliğindəki xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova elmin təbliğindəki xidmətlərinə görə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnamə dekabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda keçirilən “dəyirmi masa”da təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.