Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2018/2019 tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanda analiz və funksional analiz, diferensial tənliklər, riyazi fizika tənlikləri, dinamik sistemlər və optimal idarəetmə ixtisasları üzrə 4 nəfər iştirak edib.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, üzvləri, professorlar- Həmidulla Aslanov, Alik Nəcəfov, Məmməd Bayramoğlu, Ziyatxan Əliyev, Ədalət Axundov, Fərman Məmmədov, Telman Məlikov, Rafiq Tağıyev, Hamlet Quliyev, AMEA-nın professoru, r.e.d. Vüqar İsmayılov və dosentlər Əbdurrəhim Quliyev, Şirmayıl Bağırovdur.

İmtahan uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər