01/02/2019
Fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Clarivate Analytics” (Thomson Reuters) şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” adlı seminar keçirəcək.
Seminar “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, dərc olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdim edilməsi qaydaları, seçim meyarları və digər praktiki məsələləri əhatə edəcək.
Rus dilində keçiriləcək seminarda AMEA Fizika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutunun alim və mütəxəssisləri iştirak edə bilərlər.
Qeyd edək ki, İneş Kenjina nüvə fizikası sahəsində 20-dən çox “Web of Science” indeksli məqalənin müəllifidir.
Mənbə:www.elm.az