05/02/2019
AMEA Rəyasət Heyətinin 03 oktyabr 2018-ci il tarixli 14/3 nömrəli qərarına əsasən AMEA “Xızı” Kənd Təsərüfatı İstehsalat Kompleksinin istifadəsində olan Xızı rayonu Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahəsindən 10 sot müvəqqəti istifadə etmək üçün tam ştat vahidi ilə 5 ildən artıq əmək stajı olan əməkdaşa sosial vəziyyətinin yaxşılaşdırılması və isti aylarda ailəsinin istirahətinin təşkil edilməsi üçün müqavilə ilə 2 il müddətinə verilir. Həmin sahələrdə bağçılıq və bostançılıqla məşğul olmaq nəzərdə tutulur. Həmin müddətdə torpaqdan istifadə edilmədikdə müqaviləyə xitam verilir. Həmin torpaqları satmaq mümkün deyil. Bir sözlə, müvəqqəti istifadə üçün verilən torpaqlardır. Kompleksin kommunal xərclərini və infrastrukturun saxlanması üçün hər ayın 15-də 15 AZN ödənilməlidir. İnflyasiya və digər problemlər yarandıqda həmin məbləğin miqdarına yenidən baxıla bilər. İlkin ödəniş 50 AZN-dir. Bu məbləğ həmin torpaq sahələrinin düzəldilməsinə və s. sərf olunacaq. 2 il müddətinə ayrılan torpaq sahəsindən səmərəli istifadə etmək istəyən əməkdaşlar fevralın 20-ə qədər Həmkarlar Komitəsinin sədri dos. İ. Mirzəzadə müraciət etsinlər.
Ayrılacaq torpaq sahələrinin sayı haqqında AMEA Rəyasət Heyəti tərəfindən yaradılmış komissiya məlumat verəcək.
MÜDİRİYYƏT
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.