06/02/2019
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini AMEA Prezidentinin AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı” nın icrası haqqında sərəncamları ilə tanış edib.
Sonra I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyaları üçün komissiyanın, magistraturada tədris olunan dərslərin Fənn Proqramlarını və Dərs cədvəlinin təsdiqi məsələlərinə baxılıb.
İclasda həmçinin I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiq edilib.
Sonda 14 dekabr 2018-ci il tarixli “Elm” qəzetində dərc olunmuş elana əsasən keçirilmiş müsabiqə və bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.