07/02/2019
Bu günlərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-texniki informasiya” şöbəsinin müdiri, professor Ramiz Aslanovun həmmüəllif olduğu “Riyaziyyat və informatika sahəsində müasir dövrün pedaqoqları” kitabı Moskvanın “Prometey” nəşriyyatında ikinci dəfə çap olunub. İ.N. Ulyanov adına Ulyanovsk Dövlət Pedaqoji Universitetinin nəşriyyat şurasının qərarı ilə rus dilində nəşr olunmuş kitab 644 səhifədən ibarətdir.
N.Q. Çernışevskiy adına Saratov Milli Tətqiqat Dövlət Universitetinin professoru V.İ. İqoşın və Voloqda Dövlət Universitetinin professoru V.A. Testov kitaba rəy veriblər.
Nəşr pedaqoji aləmdə fəaliyyət göstərən 157 nəfər riyaziyyat və informatika müəllimlərinin həyat və yaradıcılığna həsr edilmişdir. Bu siyahıya Rusiya, Belarusiya, Azərbaycan və Polşa metodist müəllimləri daxil edilmişdir.
Kitabdan tələbələr, magistrantlar, aspirantlar, müəllimlər və pedaqoji sahədə çalışan mütəxəssislər istifadə edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.