13/02/2019
Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev, həmin institutun əməkdaşı riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev və AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru İlqar Məmmədov, dosent Yasin Rüstəmovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi və AMEA-nın Elmi-Tədqiqat Proqramları çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Optimization Theory and Applications” (https://www.springer.com/mathematics/journal/10957) 1.234 impakt faktorlu jurnalda dərc edilib.
“Dəyişən dərəcəli Sobolev fəzalarında Biançi tənliyi üçün optimal idarəetmə məsələsi” (https://link.springer.com/article/10.1007/s10957-018-1290-9) adlı məqalədə əmsalları dəyişən dərəcəli Lebeq fəzasından olan üçüncü tərtib Bianki tənliyi ilə təsvir olunmuş paylanmış parametrli optimal idarəetmə məsələsi üçün Pontryaqin maksimum prinsipi isbat edilib. Baxılan optimal idarəetmə məsələsinin qoyuluşu inteqral şəkilli qoşma tənlik anlayışına əsaslanan artım üsulu ilə tədqiq olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.