14/02/2019
2019-cu il üçün İspaniya Krallığının Fondunun Avstriya Şahzadəsi Mükafatlarına müsabiqə elan edilmişdir. Müsabiqə incəsənət, ədəbiyyat, rabitə və humanitar elmlər, ictimai elmlər, elmi və texniki tədqiqat, beynəlxalq əməkdaşlıq, həmrəylik və idman kateqoriyaları üzrə keçirilir və bəşəriyyətin inkişafına mühüm töhfələr vermiş şəxs, qrup və ya təşkilatlara təqdim ediləcək.
Namizədlərimiz olduğu təqdirdə 22 fevral 2019-cu il tarixinə qədər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməyiniz xahiş olunur. Ətraflı məlumat www.fpa.es/en/ səhifəsində əldə edilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.