04/03/2019
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və həmin institutun əməkdaşı Məlik Saminin həmmüəllifləri olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Dynamical and Control Systems” 0.693 impakt faktorlu elmi jurnalda dərc edilib.
“İdarəedicidə gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib zəruri optimallıq şərtləri” adlı məqalədə idarəedicidə gecikməsi olan optimal idarəetmə məsələsi tədqiq olunub. Yeni metod tətbiq etməklə Eyler tip zəruri optimallıq şərtləri və xəttiləşmiş diskret maksimum prinsipi alınmışdır. Həmçinin, funksionalın ikinci variasiyasına əsaslanaraq kvazi-məxsusi idarəedicilərin optimallığı üçün ikinci tərtib zəruri şərtlər alınmışdır. Alınmış nəticələrin və tətbiq edilmiş metodun dəyərini göstərmək üçün misallar verilmişdir.
“Journal of Dynamical and Control Systems” jurnalı ABŞ’ın çox nüfuzlu “Springer” elmi jurnallar bazasında olmaqla yanaşı “Kontrol və Optimizasiya” sahəsi üzrə dünyada 25 ən nüfuzlu elmi jurnallar siyahısındadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.