04/03/2019
7 mart 2019-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü Münasibəti ilə tədbir keçirələcək.
Tədbirdə Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası – Nürəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) iştirak edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.