07/03/2019
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, xanım əməkdaşları bayram münasibəti ilə təbrik edərək onlara könül xoşluğu, möhkəm can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzu edib.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı institutun xanım əməkdaşlarını müəllifi olduğu “İlk məhəbbət unudulmur” şeiri və xoş sözlərlə təbrik edib.
Sonda xanımlara hədiyyələr təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.