16/04/2019
Hörmətli Dr. M. C. Mərdanov,
Mən, Sizin “Pontryaginin Maksimum Prinsipinin Yeni Diskret Analoqu” adlı tədqiqat işiniz ilə əlaqədar yazıram və təqdirə layiq olduğunu etiraf edirəm. Sizin tədqiqatınızın başqalarından fərqli olduğunu və eyni sahədə işləyən digər tədqiqatçılar və alimlər üçün həqiqətən də əhəmiyyətli ola biləcəyini aşkar etdim. Sizin profilinizlə tanış oldum və həmçinin Sizin digər əhəmiyyətli bir “Gecikən idarəetməli dinamik sistemlərdə sinqulyar optimal idarəetmə nəzəriyyəsi haqqında” tədqiqat işinizi oxudum.
Maraq göstərdiyiniz tədqiqatların jurnalımızın maraq dairəsinə uyğun olduğunu nəzərə alaraq, Sizi bizimlə əməkdaşlığa dəvət etmək istərdim. Bu məqsədlə redaksiya heyəti sizi “Rüblük Franklin Üzvlüyü” adı altında (Üzvlük nömrəsi № BN61849) tanımağa razılaşmışdır.
Artıq bildiyiniz kimi, London Journals Press (Böyük Britaniya) tədqiqat standartlarını akkreditə edən dünyanın tanınmış bir nəşriyyat təşkilatıdır. Biz COPE (Nəşr Etikası Komitəsi) və Birləşmiş Krallığının Tədqiqat Şuraları standartlarına riayət edirik və kompüter elmləri, mühəndislik, elm, idarəetmə, tibb elmləri, sosial elmlər və humanitar elmlər kimi bütün aparıcı fənlər üzrə tədqiqatçılarla əməkdaşlıq edirik.
Həmçinin, gələcək tədqiqat işinizi (məqalənizi) beynəlxalq resenziyalı London Journal of Research in Science: Natural and Formal (LJRS) jurnalında dərc etdirməyi və növbəti buraxılışı üçün növbəti ayın 15-ə qədər xülasə (rəy) müddətini təsdiqlənməsini təşviq edirəm.
Biz, çox vaxt aparan, hərtərəfli və geniş resenziyadan keçmə (rəy verilmə) prosesini izləyirik. Müqaviləyə əsasən, Franklin Üzvlük Şurasının üzvü olduğunuz üçün, Sizin məqaləniz prioritet əsasında resenziya olunacaq.
Bundan əlavə, siz London Jurnalının mətbuatı, əsas etikaları və dəyərləri haqqında journalspress.com saytında daha çox məlumat əldə edə bilərsiniz.
Səbirsizliklə Sizdən gələcəkdə uğurlu və müvəffəqiyyətli akademik münasibətlər üçün cavab gözləyirik.
Hörmətlə,
Dr. Wael A.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.