Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzə edib


Bu gün Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzə edib.

Məruzədə Misir Mərdanov “Məqalə çap etdirməkdə məqsəd”, “Məqalənin faydalı, maraqlı və oxunaqlı olması”, “Əlyazmanın tərtibatı (hazırlanması)”, “Jurnal seçimi, məqaləni seçilmiş jurnala təqdim etmə qaydaları” haqqında geniş ətraflı məlumat verib. Bildirib ki, tədqiqatçının elmi nəticələrinin qlobal miqyasda tanınması və akademik ictimaiyyət tərəfindən qəbul olunması dövrümüzün əsas tələblərindən birinə çevrilmişdir. Elmi tədqiqatların nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının formalarından biri də onların müxtəlif ixtisaslaşmış nüfuzlu jurnallarda çap olunmasıdır. Məqalənin nüfuzlu jurnallarda nəşri – tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir.

Təqdimat auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Sonda mövzu ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər