22/05/2019
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə olunub:
1.AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Şəhla Məcid qızı Qələndərovanın (elmi rəhbər: prof. Tahir Hacıyev) dissertanturaya keçməsi haqqında (AMEA Prezidentinin 14 may 2019-cu il tarixli 249 nömrəli Sərəncamı);
2. AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə qiyabi doktorantı Raminə Mirrahab qızı Abasquliyevanın (elmi rəhbər: prof. Tahir Hacıyev) doktoranturadan azad edilməsi haqqında;
3. AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Aytən Hafiz qızı Mövsümovanın dissertasiya mövzusunun qismən dəyişilməsi (elmi rəhbər: prof. Vaqif Hacıyev);
4. AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Kamalə Həsən qızı Səfərovanın ixtisasının dəyişdirilməsi (elmi rəhbər AMEA-nın professoru Rövşən Bəndəliyev);
5. Ezamiyyət haqqında hesabat (AMEA-nın müxbir üzvləri, professorlar: Vaqif Quliyev, Bilal Bilalov);
6. Cari məsələ.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.