Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun müəllifi olduğu məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Siberian Mathematical Journal” 0.62 yüksək impakt faktorlu jurnalda dərc edilib.

Morri tip fəzalarda həyəcanlanmış eksponent sistemin bazisliyi” adlı məqalədə β-müəyyən kompleks parametr olduqda exp(i(n-βsignn)t), n∈Z, həyəcanlanmış eksponent sisteminə baxılmışdır. Bu sistemin Morri tip fəzalarda bazislik xassələrinin öyrənilməsi üçün sərhəd məsələsi metodu işlənilib və β-parametrinə nəzərən meyarlar alınmışdır. Qeyd edək ki, Morri fəzasında bazislik meyarı Lebeq fəzasında bazislik meyarından fərqlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər